Əməkdaşımız mübadilə proqramı çərçivəsində Mərakeşə səfər edib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olan Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Surxay Rzayev Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında həyata keçirilən gənclər mübadiləsi proqramı çərçivəsində 12 nəfərdən ibarət Azərbaycan nümayəndə heyətinin tərkibində Mərakeş Krallığına səfər edib. Oktyabrın 14-dən 23-dək davam edən səfər çərçivəsində nümayəndə heyəti Mərakeşin Kasablanka, Agadir, Rabat şəhərlərində olub.
Səfər çərçivəsində ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malik, Azərbaycan Respublikasının Mərakeş Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri Nazim Səmədov, Mərakeşin Gənclər, Mədəniyyət və Kommunikasiya Nazirliyinin Gənclər departamentinin baş katibi Mustafa Məssudi və regional direktoru Hişam Zeluax, Sous Massa bölgəsinin qubernatoru Said Amzazi ilə, həmçinin yerli gənclərlə görüşlər keçirilib.
Mübadilə proqramına əsasən, Azərbaycan nümayəndə heyətinin Gənclər Mərkəzlərinə və Mərakeşin mədəni-tarixi abidələrinə ziyarətləri təşkil olunub.